İngiltərədə Qvardiola – Mourinyo dueli

Bu gün İngiltərə Premyer Liqasında 24-cü tura start veriləcək.

Sozcu.az xəbər verir ki, bu gün 3 matç nəzərdə tutulub. Turun mərkəzi oyununda lider “Mançester Siti” “Tottenhem”i qəbul edəcək. Baş məşqçilər Pep Qvardiola – Joze Mourinyo duelinin nəticəsi maraqla gözlənilir. Görüşə Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

“Mançester Siti” hazırda turnir cədvəlində 50 xalla 1-ci, “Tottenhem” 36 xalla 8-cidir.

Qeyd edək ki, bu gün eyni zamanda “Lester – “Liverpul” (saat 16:30), “Kristal Pelas” – “Bernli” (19:00) oyunları da keçiriləcək.

Facebook Comments