Sevgilisi Burak Dənizi evdən qovdu

Türkiyəli aktyor Burak Dəniz ilə model sevgilisi Didem Soydan arasında qalmaqal yaşanıb.

Sozcu.az axşam.az-a istinadən bildirir ki, aktyorun “Maraşlı” serialında tərəf müqabili Alina Boz ilə yaxın münasibəti D.Soydanı qəzəbləndirib.

B.Dəniz ilə A.Bozun “Şamdan Plus” jurnalının Sevgililər Gününə özəl buraxılışı üçün kamera qarşısına keçmələri və kadrarxası görüntülərdəki səmimiyyətləri D.Soydanı özündən çıxarıb. O, Nişantaşındakı evinə gələn aktyoru qapıdan qovub. Burak Dəniz evə zorla girib və özünü müdafiə etməyə çalışıb. Səsdən narahat olan qonşular polis çağırıb. Cütlüyü dostları Umut Eker sakitləşdirmək çalışıb. Model U.Ekerə “Burak girdiyi roldan çıxa bilmir, çəkilişdən sonra da Alinaya yaxın davranır” deyə, qışqırıb. Hazırda cütlüyün münasibətində soyuqluğun olduğu deyilir.

Facebook Comments