“Dünyanın sonu deyil, ancaq tək qalsaydım, mənə çətin olardı” – Hazard

“Real”ın futbolçusu Eden Hazard açıqlama verib.

Sozcu.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi tez-tez zədələnməsi haqda danışıb:

“Şanslıyam, çünki tək qalmıram. Ailəm hər zaman yanımdadır və bu vəziyyətdən çıxmağa kömək etməyə çalışırlar. Dünyanın sonu deyil, ancaq tək qalsaydım, mənə çətin olardı. Zədə zamanı edə biləcəyiniz çox şey var. Tez sağalmaq üçün məşq edə bilərsiz, amma mənim zədəmin sağalması bir az vaxt alır. Gözləməli, çox çalışmalı və getdikcə irəliləməlisən”.

Hazard bu mövsüm La Liqada cəmi 8 oyuna çıxıb. 30 yaşlı futbolçu hazırda zədəlidir.komanda.az

Facebook Comments