Borrel: Bu tarixdə Rusiya ilə bağlı qərar veriləcək!

Fevralın 22-də Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin toplantısında insan haqlarının pozulması ilə əlaqədar Rusiyaya yeni sanksiyaların tətbiq edilməsi barədə qərar verilə bilər.

Sozcu.az xəbər verir ki, bu sözləri Avropa Xarici və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel deyib.

“Bir qayda olaraq, dövlətlər növbəti addımlarla bağlı qərarlar verməlidir. Bəli, sanksiyalar da gözlənilə bilər”, – deyə diplomat bildirib.

Facebook Comments