Ərdəbildə azadlığa buraxılan 84 məhbus arasında siyasi məhbuslardan heç birinin adı yoxdur

Ərdəbil zindanında saxlanılan siyasi məhbuslardan heç birinin adı “İran İslam İnqilabı”nın ildönümü münasibətilə azadlığa buraxılan 84 nəfərilik siyahıda yoxdur.

Ərdəbil əyalətinin Baş Prokuroru Seyid Abdullah Təbatəbayi fevralın 4-də keçirdiyi mətbuat konfransənda “İran İslam İnqilabı”nın ildönümü münasibətilə Ərdəbil zindanlarında saxlanılan 84 nəfərin azadlığa buraxıldığını bildirib.

O, kronovirusun yayıldığı bir dönəmdə bu addımın atılmasının eyni halda dustaqların sağlamlıqlarına göstərilən qayğı kimi dəyərləndirib.

Azadlığa buraxılan dustaqların siyahısında heç bir siyasi məhbusun və mədəni fəallın adı yoxdur.

Ərdəbil zindanında saxlanılan tanınmış siyasi məhbus Abbas Lisani, Yusif Kari, Əli Vasiqi, Rza Vasiqi və b. dəfələrlə müraciətlərinə baxmayaraq onlara tibbi məzuniyyətin verilməsinindən belə imtina edilib.

Xatırladaq ki, Abbas Lisaninin ailəsi 7 yanvar 2021-ci il, səhər saatlarında Ərdəbil Məhkəməsində olub və 800 milyon tümənlik girovu və Ərdəbil prokropru Seyid Abdullah Təbatəbayi tərəfindən verilən tibbi məzuniyyət haqqında sənədi Ərdəbil həbsxanasına təhvil veriblər.

Ancaq bütün qanuni proseslərin keçirilməsinə baxmayaraq, Ərdəbil prokuroru A.Lisaninin məzuniyyətə buraxılmasına mane olub. Yanvarın 9-da, siyasi məhbusun ailə üzvləri Ərdəbil prokrorluğu və həbsxanasına müraciət etdikdən sonra yaxınlarına məzuniyyətə buraxılmanın baş tutmayacağı haqqında məlumat verilib.

Onlar həbsxana və məhkəmə məsullarına istinadən Ərdəbil prokroru Seyid Abdullah Təbatəbayinin “qərar verən dövlət orqanlarının yazılı göstərişi olmadığı” bəhanəsi ilə Abbas Lisanin müvəqqəti azadlığa buraxılmasına dair göstəriş verməkdən imtina etdiyini deyiblər.

Prokror siyasi məhbusun tibbi məzuniyyəti haqqında kordinasıyanın əlaqədar idarələr arasında şifahi olduğunu, qərarın icrasının gecikməsinin isə daha yuxarı instasiyalardan yazılı göstərişin gəlmədiyi ilə əlaqələndirib.

Bununla yanaşı siyasi məhbus Yusif Karidə tibbi məzuniyyətə buraxılması barədə müraciət etmişdi. Müraciətin nəticəsi ilə maraqlanan Y.Karini prokuror köməkçisi “Sepehri” kabinetinə çağıraraq təhqir etmiş və ona heç bir tibbi məzuniyyətin verilməyəcəyini söyləyib milli fəalı saxlanıldığı bölmədən 8-ci karantin bəndinə köçürülməsinə göstəriş vermişdi.

Buna etiraz edən Yusif kari yanvarın 14-dən etibarən aclıq aksiyasına başlamışdır. 3 gün sonra, yanvar ayının 17-dən quru aclıq aksiyasına keçən milli fəala dəstək üçün Abbas Lisani, Əli və Rza Vasiqi qardaşları, Siyamək Mirzayi, Tohid Əmir Əmini, Behnam Şeyxi, Kiyanuş Aslanı və b. aclıq aksiyasına əl atmışdılar.

Facebook Comments