Tanınmış iranlı fəallar Co Baydeni İrana qarşı təzyiqləri davam etdirməyə çağırıblar

Məktubu imzalayanlar arasında hal-hazırda həbsdə olan siyasi fəallarda var.

İranda yaşayan bir qrup siyasi və mədəni fəal Amerikanın yeni seçilmiş prezidenti Co Baydenə məktub yazıb. Məktubda İrana qarşı maksimum siyasi, diplomatik və iqtisadi təzyiqlərin göstərilməsi istənilib.

Məktubu imzalayanlar Co Baydeni demokratik, sekuliyar bir konstitusiyon quruluşun yaranmasına dəstək verməyə və bununlada İran xalqının mənafeiyini İranın dini hökumətinin mənafeindən üstün tutmağa çağırıblar.

İngilis dilində yazılan məktubu Mənuçehr Bəxtiyar, Zərdüşt Əhmədi Rağib, Məhəmməd Nurizad, Fatimə Sepehri, Heşmətullah Təbərzədi və Kuruş Zamin kimi 38 tanınmış fəall, hazırda həbsdə olan və keçmiş siyasi məhbus imzalayıb.

Son iki ildə baş verən geniş etiraz aksiyalarına və Tehran hökumətinin etirazçılara qarşı qanlı basqılarına toxunan fəallar, İranın dini hakimiyyətinin çökmək ərəfəsində olduğunu vurğulayıblar.

Onlar, İran xalqının çoxunluğunun istəyinin demokratik və qanuni bir sistemin yaranması olduğunu qeyd edərək, Amerika prezidentindən demokratik və sekuliyar bir sistemin qurulması, demokratik referondum yolu ilə konstitusion bir hakimiyyətə keçid etmək üçün iranlıları dəstəkləmsini istəyiblər.

Fəallar İranın nüvə anlaşmalarından əldə etdiyi milyardlarla vəsaiti yeni rakeklərin sınaqdan keçirilməsinə, bölgədə terror qruplarının maliyyələşdirilməsinə və öz ideologiyasının ixracına xərclədiyini yazıblar.

Məktubu imzalayanlar bundan öncə geniş rezonans doğuran və bir neçə nəfərin həbsi ilə nəticələnən “14 imza”lı bir bəyanat yayaraq Seyid Əli Xaməneyinin istefasını tələb etmişdilər.

Qeyd edək ki, bu məktubu imzalayanların bir çoxu hal-hazırda siyasi ittihamlarla həbsxanalardadır və bir sırası isə keçmişdə eyni ittihamlarla həbsdə olublar.

Facebook Comments