“Zirə”yə çempion olmaq üçün gəlmişəm” – Pahtman

“Zirə”yə gəlişimlə çox motivasiya olunmuşam. Komanda yaxşı heyətə malikdir və avrokuboka vəsiqə uğrunda mübarizə aparır”.

Sozcu.az xəbər verir ki, bu sözləri “Zirə”nin yeni transferi Filipe Pahtman ölkəsi – Braziliya mətbuatına açıqlamasında deyib.

O, daha sonra bildirib: “Bir müddət Braziiyadan kənar olduğum üçün komandaya tez uyğunlaşacağıma inanıram.Nikbinlik böyükdür”.

20 yaşlı hücumçu çempionluqla bağlı iddialı danışıb: “Bütün Avropa komandalarının arzusu Çempionlar Liqası və Avropa Liqasında oynamaqdır. Klubun çempion olmasına kömək etmək üçün “Zirə”yə gəldim. Amma hazırkı mövqeyimizin də bizim üçün önəmli olduğunu deməliyəm”.

Qeyd edək ki, Filipe Pahtman “Zirə” ilə 6 ay + 3 illik müqavilə imzalayıb.

Facebook Comments