Oliqarx məmurların “qara günü” başladı – Hədəfdə onlardır

Prezident İlham Əliyevin AzTV-yə verdiyi geniş müsahibə cəmiyyətdə böyük rezonans doğurub. Dövlət başçısının fkirləri maraqla qarşılanmaqla yanaşı, həm də müxtəlif kontekstlərdən təhlil olunur, yeni ehtimalların ortaya çıxmasına rəvac verir.

Sozcu.az bildirir ki, ölkə rəhbərinin fəaliyyətini tənqid etdiyi yüksək rütbəli məmurların taleyi hazırda hazırda ən çox müzakirə olunan məsələlərin sırasında yer alır. Hamını eyni sual düşündürür: Prezidentin tənqid obyektinə çevirilən Kəmaləddin Heydərov, Elman Rüstəmov, Elçin Quliyev, Cahangir Əsgərov, Səfər Mehdiyev, Saleh Məmmədov kimi iri çaplı məmurlar öz postlarını qoruya biləcəklərmi? Obrazlı desək, Prezidentin “gözündən düşən” bu adamlar vəzifə nərdivanından da düşəcəklərmi?

Siyasi analitiklər dövlət başçısının məlum çıxışını ölkədə rüşvət və korrupsiyaya qarşı aparılan mübarizə çərçivəsində qiymətləndirirlər. Ümumi rəy bundan ibarətdir ki, hakimiyyət cəmiyyətdə mənfi reputasiyaya sahib olan məmurlardan xilas olmaqda israrlıdır. Onların qənaətinə görə, Prezidentin dövlət televiziyasının efirindən səsləndirdiyi fikirlər növbəti “təmizləmə əməliyyatı”nın anasu sayıla bilər.

Bu ehtimalı qüvvətləndirən başqa amillər də var. Razılaşarsınız ki, İlham Əliyevin tənqid etdiyi məmurlar cəmiyyətdə çoxdan “arzuolunmaz şəxs”ə çevriliblər. Uzun illərdir ki, iqtidar komandasının “vitrinini bəzəyən” bu adamlar öz mövcudluqları ilə hakimiyyətə heç də siyasi divident gətirmirlər. Əksinə, onların hakim komandada yer alması iqtidarın imicini zədələyir, xüsusilə son illər start götürmüş islahatlara kölgə salır. Görünür, hakimiyyət ideoloqları da bunun fərqində olduqları üçün daha çox səbr etməyin faydasız olduğunu düşünürlər.

Proseslərin inkişafı Azərbaycanın köklü dəyişikliklərin astanasında olduğunu düşünməyə əsas verir. Görünən odur ki, yeni dövrdə köhnə kadrlara ehtiyac olmayacaq. Yolunu Şuşadan salmaq istəyənlərin yol üstdə olduğunu söyləmək mümkündür…yenisabah

Facebook Comments