Kəbənin fotosu yerə sərildi – Oqtaydan kəskin etiraz

Türkiyə Prezidentinin müavini Fuad Oqtay Boğaziçi Universitetinin qarşısında Kəbənin fotosunun yerə sərilməsinə kəskin etirazını bildirib.

Sozcu.az xəbər verir ki, F.Oqtay bu barədə Tvitter hesabında yazıb.

“Kəbə bizim müqəddəs yerimizdir. İnam və ibadətimizin, birlik və həmrəyliyimizin simvoludur. Bu dəyərlərə hörmət etməyənlərin Kəbəyə dil uzatması nə qədər alçala biləcəklərinin göstəricisidir. Hökumət olaraq lazım olanı edirik və əminəm ki, Türkiyə məhkəməsi həmin insanlara layiq olduqları cəzanı verəcək. İnanıram ki, türk milləti baş tutan oyunu görəcək və bu düşüncədə olan insanlarla aralarına sərhəd çəkəcək”, – F.Oqtay bildirib.

Facebook Comments