“Tottenhem” liderini itirdi

“Tottenhem” ciddi itki ilə üzləşib.

Sozcu.az xəbər verir ki, London klubunun lideri Harri Keyn zədələnib. İngilis hücumçu Premyer Liqanın 20-ci turunda “Liverpul”a uduzduqları görüşdə (1:3) sıradan çıxıb.

Oyunun birinci hissəsində zədələnən futbolçu fasilədən sonra əvəzlənib. Komandanın baş məşqçisi Joze Mourinyo oyundan sonra keçirilən mətbuat konfransında Keynin hər iki topuğundan zədə aldığını və onun bir neçə həftə meydana çıxa bilməyəcəyini deyib.

Qeyd edək ki, “Tottenhem” hazırda 33 xalla Premyer Liqada 6-cı pillədə qərarlaşıb.

Facebook Comments