“Murad Dadaşov cəmiyyətin şəhid ailələrinə qarşı həssas münasibətini bilə-bilə onlara təxribatçı deyirsə…”

Onsuz da bir qram nüfuzu olmayan Azərbaycan televiziyasının üstünə bir də Murad Dadaşovu gələndə bərabərdir simasızlıq eləyir.

Vaxtilə neft xalqın deyil, dövlətindir ifadəsi ilə Xəzər TV-də rəhbərliyə gəlmiş bu adam sabah efirdə desə ki, şəhid xalqın deyil, Qaradağ, Yasamal Rayon İcra Hakimiyyətinindir, harda istəsələr dəfn edərlər, təəccüblənməyin.

Çörəyi əvvəl təlxəklikdən, indi də zəvzəklildən çıxan bu adamın rəhbərlik etdiyi Xəzər TV-də övladları suyun içində dəfn edilən şəhid ailələrinin etirazının təxribatçılıq adlandırması nə deməkdir?

Murad Dadaşov çox yaxşı bilir ki, onun Xəzər TV-sinin cəmiyyətdə sahildə ayaq altında qalan qum dənəcikləri qədər də hörməti yoxdur.

Və cəmiyyətin şəhid ailələrinə qarşı həssas münasibətini bilə-bilə onlara təxribatçı deyirsə, bütün söyüşləri, təhqirləri nəzərə alıb bu ifadəni dilə gətirirsə, demək, əsl təxribatçı onun özüdür.

Təlxəklər heç vaxt özbaşına olmur və təbii ki, rəhbərlik etdiyi kanalda bu cür sujetlər sifarişdir.

Cəmiyyət, xalq, eləcə də kanalının baxılıb-baxılmaması onun vecinə deyil.

Onun dini də, əxlaqı, vicdanı da, nefti, dövləti də sifariş verənlərdir.

Şitliyi çöhrəsinə çökmüş bu adam heç vaxt şəhid qədri bilə bilməz, əgər sifariş gələrsə, şəhidə vətən xaini deməkdən də çəkinməz və buna görə ruhu da inciməz.

Başından var-dövlət yağan ölkənin şəhidi isə suyun içində də yatar, amma sənin kimi tüpürcəyin içində yaşamaz.

Kəramət Böyükçöl

Yazıçı

Facebook Comments