Türk ordusu hazırdır: bu, baş tutarsa, xətt dağılacaq

Türkiyənin Sincarla bağlı mümkün əməliyyatı bölgədə terror dövlətinin qurulmasının qarşısını almaqla bərabər bir çox problemi aradan qaldıra bilər.

Sozcu.az xəbər verir ki, bu barədə ölkə mətbuatına açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

O bildirib ki, belə bir əməliyyat keçirilərsə, PKK/YPG-nin İraq-Suriya istiqamətində qurduğu xətt də dağıdılacaq:

“Bundan başqa, belə bir əməliyyatın başlaması bölgədə xaosun yaranması deməkdir. İranın da əməliyyata qarşı çıxacağını ehtimal etməliyik. Çünki İranın PKK/YPG-dən öz maraqları üçün istifadə etdiyini bilirik. Bu yalnız YPG-PKK-ya qarşı deyil, çoxkomponentli bir əməliyyat ola bilər. Əgər sadəcə Türkiyə İraq hökuməti ilə razılaşarsa, yenə də bir çox problemlə üz-üzə gələcək. Buna baxmayaraq, Türkiyə əməliyyatı keçirəcək qüvvədədir”.

Qeyd edək ki, Ərdoğan ötən gün belə bir əməliyyatı istisna etməmişdi.

Facebook Comments