Günün qoroskopu: başladığınız hər işi tamamlayın

Sozcu.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç – siz və həmfikirləriniz uğur əldə edə bilərsiniz. Batininizdəki enerjini çölə çıxarsanız, daha aktiv fəaliyyət alınar. Hissiyatınıza güvənin – o, sizə doğru yol göstərəcək. Problemləri həll edin, işlərdə zəif “bənd”i tapın.

Buğa – bütün “cəbhə”lərdə işləri başa vurmağa çalışsanız, səhhətiniz zərbə ala bilər. Maraqlar dairəsini məhdud dairədəki işlər və tapşırıqlarla müəyyənləşdirin. İşdən sonra stressdən qurtulmağa imkan verən istənilən məşğuliyyət yaxşıdır.

Əkizlər – başladığınız hər işi tamamlayın. Yaxın ətrafınızdakı insanlar sizi yeni əməllərə, cari işdə yeni ideyaların axtarışına təşviq edə bilərlər. Lakin planlarınızın reallaşmasında müttəfiq sizdən uzaqdakı insan olacaq.

Xərçəng – Ay və Xərçəngin münasibətləri intellektual məşğuliyyətlə yanaşı, fiziki işlər üçün də əlverişlidir. Axşam saatlarında apatik, ətalətli istirahəti seçməyin. Aktiv olun.

Şir – maraqlı hadisələrin axarına düşərək yeni imkanlardan ruhlana bilərsiniz. Maraqlarınız və gözləntiləriniz hazırda sizdən uzaq olan nəsnə ilə bağlıdır. Həmin nəsnə hələlik əlçatmaz, amma istəniləndir.

Qız – bu gün axtarışda olmaq yaxşıdır. Yeni xəbərlər gözləyin. İnformasiya cazibədar olacaq, planları dəyişəcək. Axşama yaxın emosional ləngər vurma, bunun nəticəsi olaraq qəfil həllər və addımlar mümkündür.

Tərəzi – kiməsə yardım etmək, başqasının işini görmək ehtiyacı yarana bilər. Axşam saatlarında özünüzə diqqət yetirin. İmicinizin yaxşılaşdırılması yollarını düşünün.

Əqrəb – günün narahatlığı, işin gərginliyinin müqabilində yaxşı pul əldə etsəniz, rahatlaşacaqsınız.

Oxatan – çox rahat gündür. Məhsuldarlığa nail olmaq istəsəniz, diqqətinizi daha çox cəmləməli, aktiv çalışmalısınız. Sizə maraqlı gələn işlə məşğul olmasanız, rəqibi qabaqlamağa can atın.

Oğlaq – dəyərli təəssüratlar üçün uzağa yollanmağa ehtiyac yoxdur – hər şey yaxınlıqdadır. Çoxdan bələd olduğunuz nəsnələrin əslində indiyədək bəlli olmayan yönlərini anlamağa, görməyə çalışın. Axşam saatlarında sevimli insanı kiçik hədiyyə ilə sevindirin.

Dolça – yaxın ətrafınızdakı insanları yeniliklərin qaçılmazlığına inandırmaq istəyirsinizsə, arqumentləriniz və sübutlarınız maraqlı olmalıdır. Şəxsi həyatda dəyişikliklər ola bilər.

Balıqlar – maraqlı hadisələrin axarına düşəcək, ilham hissini duyacaq, yeni imkanlardan şövq alacaqsınız. Maraqlarınız və gözləntiləriniz indi yaxında olmayan nəsnə ilə bağlıdır.Milli.Az

Facebook Comments