BMT İranın səsvermə hüququnu dayandırdı – Səbəb

BMT borclarını ödəməyən 7 ölkənin səsvermə hüququnu dayandırıb.

Sozcu.az xəbər verir ki, səsvermə hüququ dayandırılan ölkələr İran, Niger, Liviya, Mərkəzi Afrika Respublikası, Konqo, Cənubi Sudan və Zimbabvedir.

Bu ölkələr arasında ən çox İranın (16 milyon 200 min dollar) borcu var.

Qeyd edək ki, BMT nizamnaməsi borclarını 2 il ərzində ödəməyən ölkələrin səsvermə hüquqlarının dayandırılmasını nəzərdə tutur.

Facebook Comments