İlk olaraq Oqtay Şirəliyev peyvənd olunacaq

Bu gündən ölkədə start verilən Covid-19-a qarşı peyvəndlənmə tədbirlərindən biri də Bakı Sağlamlıq Mərkəzində keçirilir.

Sozcu.az xəbər verir ki, peyvəndlənmə prosesində ilk olaraq səhiyyə naziri, 71 yaşlı Oqtay Şirəliyev iştirak edəcək.

TƏBİB-dən bildirilib ki, COVİD-19 vaksini Oqtay Şirəliyevdən başqa, ilkin olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlıya da vurulacaq.

Facebook Comments