“Vüqar Səfərlinin yerini bu dəfə başqa bir “Vüqar Səfərli” tutacaq” – Elşən Əlisoy

Vüqar Səfərlinin həbsini az qala mətbuatın azadlığa çıxması kimi təqdim edənləri başa düşə bilmirəm. Güya nə dəyişəcək ki? Vüqar Səfərlinin yerini bu dəfə başqa bir “Vüqar Səfərli” tutacaq. Korrupsioner sistemdə şəxslərin dəyişilməsi, keyfiyyət dəyişikliyi ola bilməz.

Bunu Sozcu.az saytının rəhbəri Elşən Əlisoy deyib. Sayt rəhbəri dövlətin mətbuatla bağlı yaratdığı qurumların ləğv edilməsini təklif edib:

Ümumiyyətlə, mətbuatla bağlı ən xeyirli syasət o olar ki, dövlət mətbuata nə xeyir versin, nə ziyan versin. Dövlətin mətbuatla bağlı yaratdığı bütün qurumlar ləğv edilməlidir. Liberalizmin ən əsas dəyərlərindən olan söz azadlığına, mətbuat azadlığına imkan yaradılmalıdır. Mətbuatın dövlətdən aslılığına son qoyulmalıdır. Mətbuat orqanlarının özü-özünü saxlaması üçün reklam bazarı formalaşmalıdır. Ölkədə iqtidar və yaxud müxalifət mətbuatı anlayışı aradan qalxmalı, azad mətbuat formalaşmalıdır. Əgər ölkədə holdinqlər, şirkətlər, iş adamları tənqidi yazılar dərc edən mətbuat orqanları ilə əməkdaşlıq etməyə qorxurlarsa və əgər mətbuat ayaq üstə durmaq üçün dövlətin qılıncının altından keçməlidirsə, kimin həbs edilib, onun yerinə kimin gəlməsinin heç bir faydası ola bilməz.

Facebook Comments