Azərbaycanda sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 127 mln. manatadək güzəştli kredit verilib

Ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin ümumi dəyəri 397 mln. manat olan 908 investisiya layihəsinin maliyyələşdrilməsinə 127 mln. manatadək güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, verilən kreditlərin reallaşdırılması 2 700-dən çox yeni iş yerinin açılmasına imkan verir.

2020-ci ildə güzəştli kreditlərin 58%-i aqrar sektorun, 42%-i sənaye məhsullarının istehsalı və emalı və digər sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərin 79%-i regionların, 21%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.

Sahibkarların güzəştli kreditləşdirilməsi bu ildə də davam etdiriləcək.

Facebook Comments