Türk silah layihələrini xaricə satanlar tutuldu

Türkiyədə yerli müdafiə layihələri barədə informasiyanı xarici şirkətlərə satan şəxslər saxlanılıb.

Sozcu.az xəbər verir ki, bu məlumatı “Anadolu” agentliyi yayıb.

Məlumata görə, əməliyyatı Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) və polis birgə həyata keçirib.

Saxlanılan şəxslərin sayı 6 nəfər təşkil edib. Onların sırasında Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin keçmiş əməkdaşı da yer alıb.

Facebook Comments