Trampa qarşı qərar problemlidir – Merkel

Angela Merkel hesab edir ki, ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrdə hesablarının bağlanması qərarı problemlidir.

Sozcu.az xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert deyib. Onun sözlərinə görə, Trampın Tvitter hesabının bağlanması qərarını sosial şəbəkə rəhbərliyi yox, qanun verməlidir.

O, Trampın söz azadlığının olduğunu və bunun qanunla qorunduğunu bildirib.

Qeyd edək ki, Kapitolidə baş verən insidentdən sonra Trampın seçiciləri ilə birbaşa əlaqəsini kəsmək üçün social şəbəkələr ABŞ prezidentinin hesablarını bloklayıb.

Facebook Comments