Borrell kritik görüşdən danışdı: Türkiyə ilə buna hazırıq

Avropa Birliyi (AB) Türkiyə ilə dialoqu davam etdirməyə hazırdır.

Sozcu.az xəbər verir ki, bunu AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

Borrell Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin ötən gün baş tutan video-görüşünün faydalı olduğunu vurğulayıb.

AB rəsmisi eyni zamanda, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu Brüsseldə qəbul etməyi səbirsizliklə gözlədiyini açıqlayıb.

Qeyd edək ki, M.Çavuşoğlunun yanvarın 21-də Brüsselə səfəri planlaşdırılır.

Facebook Comments