“Biz Qarabağa mütləq gedəcəyik…” – İrəvandakı fond prezidentindən həyasızlıq…

Ermənilər bu günlərdə Xankəndində hansısa film festivalı keçirməkdən dəm vururlar…

Erməni həyasızlığının həddi-hüdudu yoxdur. Azərbaycan Respublikası Ali Baş Komandanının sonuncu xəbərdarlığına rəğmən siyasətçilərdən, hökumət rəsmilərindən sonra Ermənistanın üzdəniraq “mədəniyyət” xadimləri də Qarabağa gəlməyə can atırlar. Onlar hətta bu günlərdə Xankəndində hansısa qanunsuz film festivalı da keçirməkdən dəm vururlar…

“Artsax XVI Beynəlxalq Uşaq və Gənclər Kinosu “Rolan” Festivalından kənarda qalmayacaq”.

Moderator.az xəbər verir ki, bunu XVI “Rolan Bıkov” Beynəlxalq Film Festivalının direktoru, Ermənistanın Rolan Bıkov Fondunun prezidenti Nune Manukyan “Armenpress” xəbər agentliyinin mətbuat mərkəzindəki mətbuat konfransında söyləyib.

O, festivalın yarandığı gündən bəri həmişə Qarabağda keçirildiyini qeyd edib. “Bu ənənə indi də pozulmayacaq – festival yenidən Artsaxda keçiriləcək. Məlum şərtlər üzündən bu il festival onlayn keçirilir, lakin başa çatdıqdan sonra ən yaxşı filmlərin nümayişi ilə Qarabağıı ziyarət etməyi planlaşdırırıq. Mütləq ora gedəcəyik. Erməni uşaqlarla birbaşa əlaqə qurmaq üçün, uşaqları yerində daha çox cəlb etmək üçün əlimizdən gələni edəcəyik. On illərdir, Artsa uşaqları ilə bu cür birbaşa görüşlərimiz olub və bu il də belə olacaq ”- Nune Manukyan belə deyib.

Məlumata görə, XVI Beynəlxalq Uşaq və Gənclər Kinosu “Roland” Film Festivalı yanvarın 11-də onlayn başlayacaq və 20 yanvaradək davam edəcək. Festivalda onlayn film premyeraları, xüsusi nümayişlər, veb-seminarlar, sərgi və yarışmalar keçiriləcəkdir. 29 ölkədən 180 film üçün müraciət gəlib, onlardan 15 ölkədən 62 film festival proqramına daxil edildi. Onlardan 46-sı nümayiş olunacaq.

Facebook Comments