Tramp: Bu insan Ağ Evə daxil olmayacaq

ABŞ-ın hazırkı prezidenti Donald Tramp vitse-prezident Mayk Pensin əsas köməkçisinə Ağ Evə daxil olmağı qadağan edib.

Sozcu.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Bildirilib ki, söhbət ABŞ-ın vitse-prezidentinin Seçki kollegiyasının səslərinin hesablanması ilə bağlı məsələlərə dair məsləhətçisi, Pensin Aparat rəhbəri Mark Şotredən gedir.

Qeyd edək ki, Şotre ölkədə keçirilmiş seçkilərin nəticələrini ləğv etməkdən imtina edib.

Facebook Comments