Təbriz Şəhər Şurasının üzvü Təbrizin haqqının Tehran və İsfahana verildiyini bildirib

O, korononovirusla mübarizədə Təbrizin mərkəzdən ayrılan büdcədən məhrum edildiyini, təbrizlilərin haqqının Tehran və İsfahana verildiyini söyləyib.

Təbriz Şəhər Şurasının üzvü Soniya Əndiş, Təbriz Bələdiyyəsi tərəfindən təklif olunan koronovirus məhdudiyyətləri planlarının maliyyələşdirilməsi layihəsinin müzakirəsi zamanı Təbrizin bu layihəyə qoşulmasına etiraz edib.

O, “Korono Qərargahı” üzvləri və Bələdiyyə nümayəndələrindən mərkəzdən layihəyə ayrılan 75 milyard tümən büdcədən Təbrizə heç nə verilmədiyinin səbəblərini soruşub.

Şəhər Şurasının üzvü Təbriz şəhərinin gəlir gətirən və mərkəzə ən çox vergi ödəyən azsaylı şəhərlərdən biri olduğunu vurğulayaraq eyni sualı Sənaye nazirinə də ünvanladığını, ancaq cavab almadığını deyib.

S.Əndiş çıxışının ardında artırıb: “Bu günə kimi hər nə iş görülübsə Təbrizin öz vəsaiti hesabına görülüb. Cari xərclər üç qat artıb, əhali ağır duruma düşüb. Layihə ilə bağlı ayrılan vəsaitin Təbrizin payına düşən hissəsinin alınmasını təmin edin. İlin sonunda yenə də bəlli olacaq ki, Təbrizə nəzərdə tutulan vəsait Tehranla İsfahanın payına yazılıb.”

Qyd edək ki, mərkəzdən koronovirus məhdudiyyətləri ilə bağlı “korono qərargahı”na ayrılan sonuncu 75 milyard tümən vəsaitdən Təbrizə heç nə verilmədiyi halda, Təbriz şəhərindən bu qərargaha 2 milyard tümən(təxminən 1 milyon 200 min dollar) yardım etmək istənilib.

Bu isə Təbri Şəhər Şurası üzvlərinin narahatlığına səbəb olub.

Facebook Comments