Engin Altana 1 milyon dollar ödəniləcək

Rol aldığı “Diriliş Ertuğrul” serialından sonra şöhrəti Türkiyə sərhədlərini aşan Engin Altan Düzyatan bir geyim markaları ilə milyon dollar məbləğində müqavilələr imzalayıb. Bu razılaşmalardan sonuncusu Pakistanda reallaşıb.

Sozcu.az axşam.az-a istinadən bildirir ki, aktyorun müqavilə imzaladığı pakistanlı iş adamı Mian Kashif Zameer dələduzluq etdiyinə görə həbs edilib. Bundan sonra Enginin çəkiləcəyi 1 milyon dollarlıq (1 milyon 700 min manatlıq) reklam da ləğv edilib.

Lakin daha sonra Pakistan mediasına müsahibə verən iş adamı reklamın ləğv edildiyini təsdiqləyib və müqavilədəki pulun Altana ödəniləcəyini bildirib.

Facebook Comments