Azərbaycan Mərkəzi Bankının yeni binası tikilir – Qiymət açıqlandı

Azərbaycan Mərkəzi Bankının yeni binası tikilir.

Sozcu.az xəbər verir ki, bu barədə “Tekfen Holding”in törəmə şirkəti olan “Tekfen İnşaat” açıqlama yayıb. Məlumata görə, şirkət Azərbaycan Mərkəzi Bankının inzibati binasının inşası ilə bağlı rəsmi bildiriş məktubu alıb. Bildirilib ki, artıq müqavilə danışıqlarına başlanılıb.

Təxminən 250 milyon dollar olaraq qiymətləndirilən müqavilənin imzalanmasından sonra yeni açıqlama veriləcəyi qeyd edilib.Banker.az

Facebook Comments