Putinin əsas dayağı sarsıdılır – TƏHLİL

“Bellingcat” araşdırma layihəsinin təmsilçisi Hristo Qrozyev Rusiya müxalifətinin lideri Aleksey Navalnıya qarşı sui-qəsd törətməkdə şübhəli bilinən Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları hesab olunan səkkiz nəfərin son 15 ildə 565 səfərləri barədə məlumat yayıb. Məlumatlar Google Docs cədvəl xidmətində yerləşdirilib. Məlumatda kimlərin hansı tarixdə hansı şəhərə səfər etdiyi qeyd olunub.

Hristo Qrozyevin açıqladığı yeni məlumatda Navalnıya qarşı sui-qəsdə adı keçən səkkiz nəfərdən əlavə FTX-nin daha iki əməkdaşı haqqında məlumatlar da yer alıb.
Hristo Qrozyevin açıqladığı yeni məlumat araşdırmaçı jurnalistləri hərəkətə keçirib. Araşdırmaçı jurnalistlər bu günə kimi müammalı ölümlər hesab olunan bir neçə ölüm hadisəsi ilə bağlı həqiqətləri üzə çıxara biləcəklərini düşünürlər. Bellingcat da üç müammalı ölüm hadisəsini araşdırır və yaxın zamanlarda araşdırmanın nəticələrini itimiyyətə açıqlayacaq.

Araşdırmaçı jurnalistlər 2014-çü ildə Nalçikdə müammalı şəkildə ölmüş jurnalist və hüquq müdafiəçisi Timur Kuaşevin də sui-qəsd qurbanı olduğu ehtimalın irəli sürüblər. Timur Kuaşevin ölümünün səbəbi kimi rəsmi məlumatda qeyri-müəyyən virusun yaratdığı kəskin ürək-damar çatışmazlığı göstərilmişdi. İndi isə məlum olur ki, Navalnıya sui-qəsddə adı keçən FTX əməkdaşlarının bəziləri həmin vaxt Nalçikdə olublar.
Bundan başqa fəaliyyəti Rusiyada qadağan olunmuş “Qafqaz Əmirliyi”nin lideri Doku Umarovun 2013-cü ildə Nalçikdə müammlı şəkildə ölümünün də FTX-nin əməli olduğu güman olunur. FTX tərəfindən həyata keçirilən sui-qəsdin qurbanlarından birinin də Ruslan Məhəmmədrəhimov olduğu güman edilir. Bu şəxsin ölümü zamanı da FTX əməkdaşları onunla eyni ərazidə olublar.

Aydın görünür ki, yaxın zamanlarda FTX-nin ifşası ilə bağlı səsli-küylü jurnalist araşdırmalarının şahidi olacağıq. Bütün bunlar isə Putin rejiminin dayağı olan xüsusi xidmət orqanlarına, ilk növbədə isə Federal Təhlükəsizlik Xidmətinə qarşı kəskin nifrət və qəzəb yaranmasına səbəb olacaq. Bu isə Putin rejiminin əsasların tamamilə sarsıdacaq.

Xəqani Cəfərli, politoloq 

Sozcu.az

Facebook Comments