Ərdəbildə iki ay öncə gizli edam edilən gəncin kimliyi bilinib

Həkimlər edamdan 4 gün öncə intihara cəhd edən gəncin bədəninə 300 tikiş atıblar.

7 Oktyabr 2020-ci ildə Ərdəbil mərkəzi həbsxanasında gizli şəkildə edam edilən 26 yaşlı Hadi Hüseyni ciddi psixi problemlərdən əziyyət çəkdiyi deyilir.

Həkimlərin rəyinə görə, o, eyni halda “vilson” xəstəliyindən əziyyət çəkirmiş.

Ərdəbilin mərkəzi həbsxanasında gizli şəkildə öldürülən gəncin edam xəbərinin yayılmasına həbsxana məsulları imkan verməyib. Buna görə də, xəbər heç bir mətbuat orqanında əks olunmayıb.

Həbsxana rəhbərləri gəncin ailəsinə “ölüm hökmünü icra etməsək məhkumları kontrol edə bilmərik” cavabını veriblər.

Həkimlər edamdan 4 gün öncə intihara cəhd edən gəncin bədəninə 300 tikiş ataraq ona iki həftəlik tibbi məzuniyyət yazıblar. Ancaq məzuniyyətin ikinci günü həbsxana rəisinin göstərişi ilə Hadi Hüseyni edam hökmü icra olunub.

Hadi Hüseyni 2019-cu ildə “istəmədən ölümlə nəticələnən davada iştirak” ittihamı ilə günahlandırılıb.

H.Musəvinin ailəsinin öldürülən tərəfin hökmünün ləğvi üçün razılıqlarını almağa çalışdıqları, buna baxmayaraq həbsxana rəisinin tələsik edam hökmünün icrasına göstəriş verdiyinin ədalətsiz olduğunu bildiriblər.

Facebook Comments