İrəvanda Azərbaycan “Koka-kola”sı, Qafanda Azərbaycan əriyi!-Ermənilər isterikada…

Rusiyanın ən böyük media-holdinqlərinin rəhbəri, 44 günlük savaş boyu və indi də Azərbaycana qarşı əks-təbliğat aparan “jurnalist” Semyon Peqovun sahibi Aram Qabrelyanov sosial şəbəkələrdə guya İrəvanda üzərində Azərbaycan yazıları olan məhsulların satıldığını əks etdirən fotolardan qorxaraq əsl isterikaya düşüb.

Sozcu.az xəbər verir ki, bu haqda rusdilli Day.az saytı məlumat yayıb.

Erməniləri terrorizmə çağıran və Paşinyanı repressiyalarla hədələyən Qabrelyanov öz telegram-kanalında üzərində Azərbaycan yazıları olan bir “Coca-Cola” bankasının fotosunu paylaşıb.

“İrəvan mağazalarında Azərbaycan “Coca-Cola”sı peyda oldu! Buna kim cavabdehdir?!” -deyə yazan erməni iş adamı bu məhsulun Gürcüstanda istehsal olunduğunun, lakin Azərbaycana idxal edildiyi üçün üzərində Azərbaycan dilində yazı olmasının fərqinə varmayıb. Panikada olan digər erməni telegram-kanalları da bu isteriyaya qapılıblar.

Qeyd edək ki, sosial şəbəkələrdə ermənilərin yaydığı məlumatlarda guya Qafanda Azərbaycan mandarinləri satıldığı da bildirilir…moderator

Facebook Comments