“Sülhməramlıları”n məqsədi Qarabağ ərazisinə azərbaycanlıları buraxmamaqdır”

“Azərbaycan ərazisində yerləşdirilən Rusiya “sülhməramlıları”nın məqsədi Yuxarı Qarabağ ərazisində erməniləri məskunlaşdırmaqdır”.

Sozcu.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A.Hacılı bildirib ki, dövlət və millət olaraq seyrçi qalmamalı, Azərbaycan ərazisində tarix boyu yalnız Azərbaycan üçün yox, bütün region üçün təhlükə mənbəyi olacaq ikinci erməni dövlətinin yaranmasına imkan verilməməlidir: “Sülhməramlıların məqsədi çoxsaylı ermənilərin Qarabağ ərazisinə gəlməsini təmin etmək üçün burada Ermənistanda olduğundan daha üstün yaşayış şəraiti yaratmaq, Azərbaycan dövlətini və azərbaycanlı əhalini Yuxarı Qarabağ ərazisinə buraxmamaq, Türkiyənin Qarabağ nizmlanmasında tərəf kimi iştirakına, həmçinin Güney Qafqazda təsirinin artmasına imkan verməmək, region dövlətlərinin avtoritar Rusiyadan asılı olmayan azad, demokratik inkişafının qarşısını almaq, Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaqdır”.

Facebook Comments