Bu ölkə 700 müsəlman məktəbini bağlamaq qərarı verdi…-Rəzalət!..

“Bunların məqsədi müsəlmanları yer üzündən silməkdir…”

Hindistan hökuməti yüzlərlə mədrəsəni bağlamağı və bunun əvəzinə adi məktəblər açmağı planlaşdırır.

Sozcu.az xəbər verir ki, bu haqda “The Guardian” nəşri məlumat yayıb.

Təhsil naziri Himanta Bisva Sarma aprel ayında müsəlmanların çoxluq təşkil etdiyi Assam əyalətində 700 mədrəsənin bağlanacağını söyləyib.

“Bu qədər imama ehtiyacımız yoxdur” – deyə millətçi nazir qərarını izah edib.

Müxalifət partiyaları qanunu qınayaraq onun açıq şəkildə islamofob bir addım olduğunu vurğulayıblar. Konqres Partiyasından olan millət vəkili Vajid Çaudxari bu haqda belə deyib: “Bunların məqsədi müsəlmanları yer üzündən silməkdir”.moderator

Facebook Comments