İrana qarşı savaş hazırlığı: Pentaqon təlimat verdi – Gəmi hərəkətə keçdi

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bölgədəki “USS Nimitz” təyyarə gəmisinə İranın mümkün hücumlarından qorunmaq üçün ölkəyə qayıtması barədə məlumat verib.

Sozcu.az xəbər verir ki, müvafiq təlimatı ABŞ müdafiə nazirinin səlahiyyətlərini icra edən Kristoper Miller tərəfindən imzalandığı bildirilib.

Açıqlamada qeyd edilib ki, ABŞ-ın Somalidəki qoşunlarını dəstəkləməsindən və bölgəyə əməliyyat qüvvələrinin yerləşdirilməsindən sonra “USS Nimitz” təyyarə gəmisinə təxminən 10 aylıq missiyasını ABŞ-da tamamlamaq üçün ölkəyə qayıtmaq təlimatı verilib.

5 min canlı qüvvə ilə birlikdə “USS Nimitz”in İraq və Əfqanıstanla yanaşı, kritik önəmə malik boğazlardakı əməliyyatları dəstəklədiyi və təyyarə gəmisinin Əfqanıstandan əsgərlərin geri çəkilməsi zamanı hava dəstəyi verdiyi deyilib.

“Associated Press” (AP) agentliyinə danışan Pentaqon rəsmiləri gəminin İranın mümkün hücumundan yayınmaq üçün geri çəkildiyini iddia ediblər.

ABŞ bir müddətdir İran qüvvələrinin bölgədəki hücum ehtimalına qarşı tədbirlər görür. Pentaqon ərazidə nüvə başlığı daşımaq gücündə olan bombardmançı təyyarələrlə yanaşı, sualtı gəmilər də saxlayır.

Hazırda Körfəzdə bir təyyarə gəmisi də var. Bölgədə çox sayda hərbi platformaya sahib olma ehtimalının İrana daha açıq hədəflər təqdim etməsinin Pentaqonun belə bir addım atmasına səbəb olduğu bildirilib.

Facebook Comments