Fatih Terimin cəzası azaldıldı

“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin cəzası azaldılıb.

Sozcu.az “Hürriyət”ə istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssisin 5 oyunluq cəzası 4-ə, 55 500 TL məbləğində cəriməsi isə 42 500 TL-yə endirilib. Terimin vəkili Rezan Epözdemir cəzanın 1 oyun azaldılmasının onları qane etmədiyini bildiri. O, cəzanın daha çox azaldılmasını gözlədiklərini deyib.

Xatırladaq ki, “Karagümrük”lə matçda baş hakimə yersiz ifadələr işlədən Fatih Terim 70-ci dəqiqədə texniki zonadan qovulmuşdu.

Facebook Comments