Əkbər Mühacirinin məhkəmə iclası keçirilib

Dekabr ayının 30-da güneyli milli-mədəni fəal Əkbər Mühacirinin məhkəmə iclası keçirilib.

Məhkəmə iclası Təbrizin İnqilab Məhkəməsinin birinci şöbəsində hakim Rəhim Həmlbərin başçılığı və Dr. Fərhudiniyanın vəkilliyi ilə baş tutub.

Mədəni fəalla qarşı “toplaşma və əlbir olmaq” ittihamı irəli sürülüb.

Dindirmə zamanı Ə.Mühacirinin məmurların suallarını cavablandırmaqdan imtina etməsi və əleyhinə fakt və sənədlərin olmaması üçün, Ettelaat idarəsi mədəni fəalı ilişdirmək üçün məhkəmə iclasında 2019-cu ilin noyabr ayında yanacağın qiymətinin artmasına etiraz olaraq keçirilən aksiyalarda iştirakı barədə köhnə məhkəmə işindən istifadə edib.

Ettelaat idarəsi bu yolla tanınmış mədəni fəala qarşı maksimum təzyiq göstərmək istəyir.

Əkbər Mühaciri oktyabrın 17-də, Güney Azərbaycan şəhərlərində Azərbaycan Orudusuna dəstək və Nurduz gömrüyünün bağlanması tələbi ilə keçirilən aksiyalardan 1 gün qabaq Təbrizdə öz evində həbs edilib. O, 28 oktymüvəqqəti azadlığa buraxılıb.abr girov qarşıəlığında

qeyd etmək lazımdır ki, Ə.Mühaciri dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq həbs edilib.

Facebook Comments