İşdən çıxarılan qalmaqallı direktora vəzifə verildi

Nailə Məmmədova bu gün İctimai Nəzarət Koalisiyasının Təhsil Departamentinin sədri təyin edilib.

Sozcu.az xəbər verir ki, bu barədə Təhsil.biz-ə İctimai Nəzarət Koalisiyasının mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, İctimai Nəzarət Koalisiyası ictimai birlikdir və onun sədri N.Məmmədovanın qardaşı Rasim Məmmədovdur.

Nailə Məmmədova bir neçə gün əvvəl karantində özünə təntənəli ad günü keçirməsi ilə gündəmə gəlmişdi. O, iki gün öncə 187 saylı tam orta məktəbin direktorluğu vəzifəsindən azad olunub.

Facebook Comments