Təbrizdə Abbas Lisani və başqa siyasi dustaqlara azadlıq istəkləri davam edir

Güney Azərbaycanın müxtəlif şəhərlərində “Abbas Lisani” və başqa siyasi dustaqlara azadlıq istəyi ilə çeşidli aksiyaların keçirilməsi davam edir.

Dekabr 5-də, son ayda neçənci dəfə olaraq Təbriz şəhərinin müxtəlif məhəllələrində divarlara çoxsaylı şüarlar yazılaraq “Abbas Lisani” və başqa azərbaycanlı siyasi dustaqların azadlığı istənilib.

Yazı və şüarlarda siyasi, milli-mədəni dustaqlara azadlıq tələbi ilə yanaşı Güney Azərbaycan türklərinin başqa milli-mədəni istəkləridə əks olunub.

Şüarlar :
“Azərbaycanlı siyasi dustaqlardan nigəranıq”
“Abbas Lisani, Yusif kari, Lətif Həsəni, Vasiqi qardaşları”
“Siyasi dustaqların canı təhlükədədir, faşist hakimiyyətə xəbərdarlıq”
“Diktatora xəbərdarlıq, tarixə nəzər sal, Təbrizə od düşsə tehran yanacaq”

Son günlər Güney Azərbaycan şəhərlərinin əksəriyyətində milli-mədəni fəallar plakard, broşur, grafit, duvar yazıları və başqa vasitələrlə həbsdə olan siyasi və milli-mədəni fəallaın sağlamlıqları ilə bağlı nigarançılıqlarını ifadə ediblər.

Onlar, həbsxana və məhkəmə məsullarının siyasi məhbusların həyatına qarşı laqeydliklərinə etiraz edib, Abbas Lisani və başqa siyasi məhbusların sərbəst buraxılmalarını tələb ediblər.

Facebook Comments