Poçettinodan PSJ-yə şərt: Messinin transferi

PSJ-yə baş məşqi təyin olunacağı gözlənilən Maurisio Poçettino klub rəhbərliyinin qarşısına şərt qoyub.

Sozcu.az “La Parisien”ə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis “Barselona”nın kapitanı Lionel Messini komandada görmək istəyir. Digər hallarda argentinalı çalışdırıcı Paris təmsilçisinə baş məşqçilik etməyə hazır deyil.

Messinin Kataloniya klubu ilə hazırkı müqaviləsinin müddəti isə bu mövsümün sonuna qədərdir.

Qeyd edək ki, PSJ Tomas Tuheli 2 gün əvvəl istefaya göndərib.

Facebook Comments