Güneyli milli fəal Hüseyn Məhəmmədiyan Təbriz məhkəməsinə çağrılıb

Təbrizdə yaşayan güneyli milli-mədəni fəal “Hüseyn Məhəmmədiyan” özünün “instagram” hesbında bu haqda bilgi verib.

Onun bildirdiyinə görə, aldığı ayrı-ayrı onlayn bildirişlərlə Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinə və Təbriz Cinayət Məhkəməsinin 112-ci şöbəsinə çağrılıb.

H.Məhəmmədiyn yazıb ki, onlayn bildirişdə haqqında irəli sürülmüş “rejim əleyhinə təbliqat” ittihamına baxılması üçün dekabr ayının 27-də saat 10-da Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməyi istənilib.

Başqa bir bildirişlə ondan əleyhinə qaldırılan “ictimai asayişi və intizamı pozmaq” ittihamına görə 06-01-2021-ci il tarixində, saat 11-də Təbrizin Cinayət Məhkəməsinin 112-ci şöbəsində olmaq istənilib.

Təbrizli milli-mədəni fəal 17 oktyabr 2020-ci il tarixində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 27 oktyabr tarixində dindirmə prosesinin bitməsindən sonra istintaq təcridxanasından Təbrizin mərkəzi həbsxanasına köçürülüb. 31 oktaybr tarixində isə 200 milyon tümənlik zəmanət qarşılığında müvərrəti azadlığa buraxılıb.

Xatırladaq ki, Təbriz sakini olan fəal Güney Azərbaycanda İran rejiminin işğalçı Ermənistana göstərdiyi hərbi və logistik dəstəyə etiraz olaraq keçirilən aksiyalardan 1 gün öncə, yəni oktyabrın 17-də təhlükəsizlik qüvvələri tərəfindən tutulub.

Xatırladaq ki, sözügedən aksiyadan əvvəl və aksiya baş tutan zaman onlarla milli fəal təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülərək həbs edilib.

Facebook Comments