İsraildə 2 ildə 4-cü seçki: Kaxol Lavan parçalanır

İsrailin hazırkı koalisiya hökumətinin iştirakçısı olan Kaxol Lavan Partiyası yaxın aylarda parçalanacaq.

Sozcu.az xəbər verir ki, bu məlumatı İsrailin “11-ci kanalı” öz mənbələrinə istinadən yayıb. Kanalın mənbəsi, həmçinin partiyanın Knesset seçkisində də iştirak etməyəcəyini bildirib. Məlumata görə, partiya sədri Benni Qantzla ətrafı arasında fikir ayrılığı yaranıb.

Qeyd edək ki, Kaxol Lavon Partiyası Benyamin Netanyahunun koalisiya ortağıdır. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, Netanyahu ilə Qantz İsraildə baş nazir vəzifəsini növbəli qaydada idarə edəcəkdi. Belə ki, Netanyahu bu vəzifədə 2021-ci ilin noyabrına qədər olmalı, ondan sonrakı dövrdə isə indiki müdafiə naziri Benni Qantz baş nazirliyə keçməliydi.

Ancaq artıq İsrail parlamenti büdcəni vaxtında təsdiqləyə bilmədiyi üçün buraxılıb. 24-cü çağırış növbədənkənar seçki 2021-ci ilin 23 martına təyin edilib.

Bu, son 2 ildə keçiriləcək dördüncü seçki olacaq.

Facebook Comments