Günün qoroskopu: bütün diqqətinizi və vaxtınızı işə sərf etməyin

Sozcu.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç – çox nadir rast gəlinən stabil emosional fona malik gündür. Yaşananlara rəğmən sakit, soyuqqanlı olun. Məntiqli davranın, baş verənlərə təmkinlə reaksiya verin.

Buğa – çoxdan bəri həllini gözləyən və sizi narahat edən müşkülün çözümü üçün əlverişli zamandır. Günün ikinci yarısında qohumların dəstəyinə ehtiyac var.

Əkizlər – zəruri güc, qüvvə və dəstəyi ailədə tapacaqsınız. Ev işləri ilə məşğul olun. Belədə yaxşı ideyalar yarana bilər.

Xərçəng – istənilən formada hiyləgərlik və intriqa ilə müqayisədə səmimiyyətlə aşkarlığın daha güclü olacağı gündür. Bədxahlarla rəqiblərə qarşı aqressiv olmayın. Bir sıra çətinlikləri birlikdə dəf edəcəyiniz yeni dostlarınız ola bilər.

Şir – dəvət aldığınız tədbirə yollanın. Ünsiyyəti məhdudlaşdırmayın. Orijinal, hətta ekstravaqant davrana bilərsiniz. İndiki fəaliyyətinizin bəhrəsini az sonra görəcəksiniz. Əməklərinizə görə dərhal mükafat alacağınızı düşünməyin.

Qız – çalışdığınız sahədə və ya işdə fikir ayrılıqları ola bilər. Rəhbərlik və ya sifarişçi ilə mübahisə istisna deyil. Vaxtında güzəştə getməyi bacarın ki, fəaliyyətinizin mənfi nəticələri olmasın.

Tərəzi – şərik, həmkar və ya tərəfdaşla mübahisələr yaşana bilər. Günün ikinci yarısında mövqeyinizi qorumaq, müdafiə etmək asan olmasa da, bu işin öhdəsindən gəlin.

Əqrəb – bütün diqqətinizi və vaxtınızı işə sərf etməyin. Dostlar, qohumlar, sevdiyiniz insanla ünsiyyətə vaxt tapın. Son vaxtlar onları narahat edən istənilən problemi müzakirə edə bilərsiniz. Problemlərin həll yollarını arayın.

Oxatan – əlverişli emosional fona malik gündür. Əhvalınız xoş olacaq. Dostlarla görüş, yeni planların hazırlanması, fərqli istiqamətin bəlirlənməsi üçün yaxşı zamandır.

Oğlaq – qarşılaşacağınız insanla bağlı tələsik qərar verməyin. İlk təəssürat aldadıcı ola bilər. Axşam saatlarında normal istirahət edin.

Dolça – Pərişan olan, ruhdan düşənlərə ürək-dirək verin. Çətin vəziyyətə düşənə yardım edin. Sizi maraqlı görüş gözləyir.

Balıqlar – səfər, səyahət, şəraitin dəyişdirilməsi, köç üçün əlverişli zamandır. Dayanmayın, hərəkət edin. İradəli olun. Əldə etdiyiniz nailiyyətlə kifayətlənməyin Yaxın ətrafınızdakı insanları ruhlandırın.Milli.Az

Facebook Comments