Türkiyə rus ordusunun Qarabağa gətirilməsinə nədən təpki göstərmədi?

Elşən Əlisoy

10 noyabrda imzalanan bədnam bəyanatdan sonra, hakimiyyət və onun yaxın ətrafı Azərbaycan xalqını əsas bu təbliğatla oyalamağa çalışırdı.

1. Türk ordusu Qarabağda ruslarla eyni ərazidə məskunlaşacaq.
2. Türk ordusu Qarabağa Naxçıvandan keçərək gələcək.

Artıq Rusiya açıq şəkildə bəyan edir ki, Türk ordusu Qarabağda olmayacaq. Türkiyənin müdafiə naziri də bəyan etdi ki, Türkiyə hərbiçiləri ” sülhməramlı mərkəz”in tərkibində Qarabağda yox, Ağdam rayonunda yerləşəcək.

Baxmayaraq ki, Laçın dəhlizi tam olaraq ermənilərin uzunə açılıb, ancaq Naxçıvanla bizi birləşdirəcək yoldan hələ də xəbər yoxdur . Qazaxın işğal altında olan kəndləri və Naxçıvanın işğalda olan Kərki kəndinin adları hələki çəkilmir

Cəmiyyət olaraq, baş verənləri sorgulamağa başladığımızda isə, Qarabağa baş verənlərdən diqqətimizi yayındırmaq üçün, bizim üçün həyatı məsələ olan bəzi ideyalar bilərəkdən və diqqətimizi yayındırmaq üçün istismar edilir.

Bu gün Qarabağda olan və bizim terrorçu elan etdiyimiz qondarma rejim yerindədir və fəaliyyət göstərir.

Cəmiyyət olaraq diqqətimizi Qarabağdan yayındirmayaq. Tələb edək:

1. Rus ordusu Azərbaycandan çıxarılsın.
2. Hakimiyyətin bəyanatı pozmağa cəsarəti çatmırsa, Türk ordusunun Qarabağda yerləşdirilməsini təmin etsin.
3. Naxçıvanla rayonlarımızı birləşdirəcək yolun açılması tələb edilsin. Yox, bu məsələ gecikərsə, Laçın dəhlizi erməninin üzünə bağlansın.
4. Hakimiyyət hesabat verməlidir. Bəyanata imza atarkən, nəyə görə ermənilərin arxa dayağı olan rus ordusunun Qarabağda yerləşməsinə razılıq verdiyi halda, Türk ordusunun da həmin ərazidə olmasını bəyanata salmayıb.

Dəyərli dostlar!

Bu gün ən əsas məsələ Qarabağdır. Seçkidə olan “10 başı” , “100” başılar olduğu kimi, Qarabağ məsələsində də cəmiyyəti çaşdırmaq üçün , əsasən büdcə təşkilatlarında bu cür işlər görüldüyü qənaətindəyəm.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin son zamanlar bəzi müxalifət təşkilatlarının rəhbərlərinə, ictimai fəallara və onların qohum əqrabalarına göstərdikləri diqqət və qayğı ilə bağı açıqlamasından sonra, bəzi kiçik partiyaların qərargahla və dövlət qaygısı ilə təmin olunması, əslində bir çox sualların cavabıdır. Qərargahla təmin olunan partiyaların əksəriyyəti artıq Qarabağla bağlı hakimiyyətlə eyni mövqe sərgiləməklə , vətənlərində baş verənlərlə bağlı hakimiyyəti sorğulayanlara qarşı hücuma keçiblər. (İstəsəniz tanıdıqlarınızın “fb” səhifələrinə baxa bilərsiniz)

Cəmiyyət olaraq maraqlanmalı deyilikmi, əgər Qarabağı azad etmişiksə, Qarabağda fəaliyyət göstərən qondarma qurum orda nə gəzir? Nəyə görə Şuşaya və Kəlbəcərə başqa yerlərdən milyonlarla dollar vəsait xərcləyərək yollar çəkirik? Qarabağ bizdədirsə, nəyə görə əvvəldən olan yollardan istifadə etmirik ?

Qarabağda rusların sülhməramlı təlimatından kənara çıxıb, etdikləri özbaşınalıqlar haqda nəyə görə Azərbaycan hakimiyyəti bir dəfə də olsun bəyanat və yaxud hansısa formada münasibət sərgiləməyib ?

Bundan başqa , Türkiyə dövlətinin siyasətçilərinə, MHP lideri dövlət Baxcaliya, İYİ partiya başqanı Meral Aksenerə, o cümlədən prezident Ərdoğana belə bir sual ünvanlamaq istəyirəm: Rusiyada ermənistanla Azərbaycan arasında bağlanan bir neçə saatlıq atəşkəs imzalanmasına: ” Türkiyənin olmadığı masalar tuzaqdır”,- deyərək təpki verdiyiniz halda, nəyə görə, ayın 10-da Türkiyənin Qarabağa girişinə əngəl olan bədnam bəyanatın imzalanmasına həmin təpkini göstərmədiniz?

Bir maraqlı məsələdə budur: bizim tərəfdə olan ərazilərdə qalan erməni silahlılarına qarşı anti- terror əməliyyatı keçirdiyimiz halda, həmin silahlı terrorçular Qarabağda rahat şəkildə gəzirlər. Yanı, bizə ancaq bəlli yerlərdə əməliyyat keçirmək haqqı veriblər?

Sonda bəyan edirəm: Qarabağ sözdə yox, tarixən və hüquqla Azərbaycandır.
Azərbaycan və Türkiyə müttəfiq yox, qardaşdır və bu qardaşlıq səmimi tellər üzərində qurulmalıdır.

Facebook Comments