Əpl mağazalarını bağlayır

Əpl şirkəti koronavirusun yayılması səbəbindən Kaliforniya ştatında 53 mağazasını müvəqqəti bağlayır.

Sozcu.az xəbər verir ki, bu barədə “Verge” nəşri məlumat yayıb.

Bundan başqa şirkət Tennesi, Yuta, Minnesota, Oklahoma, Oreqon, Alyaska, Nebraska və Nyu Meksika ştatlarında da bəzi mağazalarını bağlayacaq.

Şirkətin Böyük Britaniya, Meksiya və Braziliyada da bir sıra satış məntəqələrini bağlamaq məcburiyyətində qalacağı da qeyd edilib.

Facebook Comments