Ronaldo A Seriyasının bombardiri oldu

“Yuventus”un hücumçusu Kriştiano Ronalda A Seriyasının bombardirləri siyahısında birinci yerə yüksəlib.

Sozcu.az xəbər verir ki, 13-cü turun “Parma”ya qarşı matçında (4:0) dubl edən 35 yaşlı hücumçu qollarının ümumi sayını 11-ə çatdırıb.

Bununla da o, “Milan”ın hücumçusu Zlatan İbrahimoviç və “İnter”in forvardı Romelu Lukakunu ötüb.

Qeyd edək ki, Ronaldo 2020-ci ildə “Yuventus”un heyətində 38 oyunda 40 qol vurub.

Facebook Comments