ABŞ-ın ən zəngin 50 ailəsinin siyahısı hazırlandı

“Forbes” jurnalı ABŞ-ın ən zəngin 50 ailəsinin reytinqini hazırlayıb.

Sozcu.az xəbər verir ki, 50 ailənin ümumi sərvəti 1,2 trilyon dollar təşkil edib. Onların gəlirləri 2015-ci illə müqayisədə 30% yüksəlib.

Məlumata görə, reytinq cədvəlində ilk pillədə 247 milyard dollar sərvətlə Uoltonlar ailəsi qərarlaşıb. Bu ailə “Volmart” şəbəkəsinə rəhbərlik edir.

Sonrakı pillələrdə Kox ailəsi (100 milyard dollar), Mars ailəsi (94 milyard) yer alıb. Siyahıda həmçinin “Cek Daniels” viski brendinin sahibi olan Braun ailəsi, “Kempels Sup” brendinin sahibi Dorrans ailəsi, “Gap” brendinin sahibi Fişer ailəsi də qərarlaşıb.

Facebook Comments