Britaniya təsdiqlədi: Rusiya bu raketi sınaqdan keçirdi

Rusiya peyk əleyhinə raketi sınaqdan keçirib.

Sozcu.az xəbər verir ki, bu sözləri Böyük Britaniya Müdafiə Nazirliyinin Kosmik idarəsinin rəhbəri Harvi Smit Tvitter səhifəsində yazıb.

O bildirib ki, Moskvanın bu addımı Birləşmiş Krallıqda böyük narahatlıq yaradır:

“Yalnış hesablamaların və qəzaların nəticələri katastrofik ola bilər”.

Qeyd edək ki, bundan öncə ABŞ kosmik komandanlığı Rusiyanın peyk əleyhinə raketi sınaqdan keçirdiyini bildirmişdi.

Facebook Comments