Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımalar 28% azalıb

Azərbaycanda bu ilin yanvar-noyabr aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 101 mln. ton yük, 1 026,9 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər üzrə müvafiq olaraq 28% və 37,2% azalma qeydə alınıb.

Məlumata görə, sərnişinlərin 96,1%-i avtobus, 3,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 50,4%, sərnişin dövriyyəsi isə 32% azalıb.

Facebook Comments