Təbrizdə türk dilində kitablar paylanıb

16 Dekabr 2020-ci il tarixində Təbriz şəhərində türk dilində kitablar paylanıb. Bu, 1946-cı il 16 dekabr tarixində, Milli Hökumətin devrilməsindən sonra yandırılan türkcə kitabların ildönümündə baş tutub.

Güney Azərbaycanın milli-mədəni fəalları 1946-cı il, 16 dekabr tarixində türkcə kitabların yandırıldığı günün ildönümündə Təbrizdə simvolik olaraq türk dilində kitablar paylayıblar.

Fəallar uşaqlar arasında yüzlərlə kitab paylayaraq kitab oxumağın və təhsilin vacibliyindən, türk dilinin qorunub saxlanılmasından danışıblar.

Hər il 16 dekabr tarixində azərbaycanlı mədəni fəallar, yazıçılar, incəsənət xadimlari, sənətçilər və xalqın müxtəlif sinflərindən olan insanlar müxtəlif tədbirlər keçirərək 1946-cı il eyni gündə, türk dilində yandırılan kitabların ildönümünü qeyd edərlər.

Bununla yanaşı, türkcə kitablar paylamaq, duvar yazıları, broşur və bəyanatlar yayaraq azərbaycan düşmənlərinin bu qeyri-mədəni və qeuri-insani hərəkətlərini məhkum edərlər.

Facebook Comments