Nazir: OPEC ölkələri neft hasilatını artırmağa tələsməməlidir

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ölkələri enerji daşıyıcılarına olan tələbatın qeyri-sabit olması şəraitdə gələn ildən hasilatı artırmağa tələsməməlidir.

“APA-Economics”in məlumatına görə, bunu OPEC-in prezidenti, Əlcəzairin energetika naziri Abdelmacid Attar deyib.

“Neft qiymətlərinin dinamikasında müsbət əlamətlərə və nəzərəçarpacaq dərəcədə yaxşılaşmaya baxmayaraq, fikirləşirəm ki, çox diqqətli olmalıyıq”, – A. Attar qeyd edib.

Onun fikrincə, ölkələr qlobal bazarda artıq neft ehtiyatların azalması istiqamətində öz səylərini davam etdirilməsini təmin etməlidir.

Facebook Comments