Ərdəbildə güneyli siyasi məhbuslara dəstək davam edir

Ərdəbil şəhərinin milli-mədəni fəalları Abbas Lisani başda olmaqla güneyli siyasi məhbusların azadlığını istəyirlər.

Güney Azərbaycanın tanınmış siyasi məhbusu Abbas Lisani və başqa məhbuslara dəstək aksiyaları davam edir. Dekabrın 14-də Ərdəbil şəhərinin milli-mədəni fəalları şəhər küçələrinin duvarlarında şüarlar yazaraq Abbas Lisani və başqa siyasi məhbusların azad edilmələrini tələb ediblər.

Müxtəlif məhəllələrdə duvarlara yazılan şüarlar aşağıdakılardan ibarətdir:
“Azərbaycanın siyasi məhbusları azadlığa buraxılsın”

“Yusif Kari’ni azad edin”
“Siyasi məhbuslara azadlıq”
“Suiqəsdlərin qarşısını alın”
“Abbas Lisaninin səsi olaq”
“Abbas Lisani Azərbaycan millətinin Səsidir”
“zülmə səssiz qalma”
Və b.

Son günlər Güney Azərbaycan şəhərlərinin əksəriyyətində milli-mədəni fəallar plakard, broşur, grafit, duvar yazıları və başqa vasitələrlə həbsdə olan siyasi və milli-mədəni fəallaın sağlamlıqları ilə bağlı nigarançılıqlarını ifadə ediblər.

Onlar, həbsxana və məhkəmə məsullarının siyasi məhbusların həyatına qarşı laqeydliklərinə etiraz edib, Abbas Lisani, Yusif Kari, Vasiqi qardaşları və başqa siyasi məhbusların sərbəst buraxılmalarını tələb ediblər.

Facebook Comments