Şahbaz və Dilqəm Bakıdadır – Daha 12 nəfər Vətənə gətirildi

Ermənistanda girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev bu gün Azərbaycana qaytarılır.

Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Mediaport” Teleqram kanalı yazıb.

Məlumata görə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana təhvil verilməsi qarşılığında erməni əsirlərin bir neçəsi qaytarılacaq.

**

Dilqəm Əsgərov və Şahbaz Quliyev bu gün Azərbaycana qaytarılıb.

Facebook Comments