Fransada 9 PKK-çı saxlanıldı: Terror planı…

Fransa polisi ölkə ərazisində təxribata hazırlaşan 9 PKK terrorçusunu saxlayıb.

Sozcu.az xəbər verir ki, əməliyyatlar başda paytaxt Paris olmaqla, ölkənin bir neçə şəhərlərində keçirilib.

Saxlanılan şəxslərin evlərində partlayıcı maddələr və müxtəlif növ silahlar aşkarlanıb.

Saxlanılanlar ifadələrində polis və hərbi məntəqələri hədəf seçdiklərini, rəsmi şəxslərə qarşı sui-qəsd törətmək istədiklərini etiraf ediblər.

Facebook Comments